Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Qarabağda heç bir beynəlxalq hüquqa və razılaşmaya məhəl qoymur

Rusiya Qarabağda heç bir beynəlxalq hüquqa və razılaşmaya məhəl qoymur


Newscenter.az.29.03.2022. "Hər dəfə Qarabağda Azərbaycan ordusu, yüksək peşəkarlıqla həyata keçirdiyi uğurlu əməliyyatlardan sonra, Moskvanın hərarəti qalxır. Sanki Rusiya, Qarabağa sülhməramlı missiya üçün yox, işğalçı missiya həyata keçirmək üçün gəlib".

Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. O qeyd edib ki, sülhməramlı qüvvələri təmsil edən bir ölkə kimi Rusiya, Qarabağda heç bir beynəlxalq hüquqa, sənədə və razılaşmaya məhəl qoymur və fəaliyyəti dövründə bütün atdığı addımlar öz istək və arzuları çərçivəsində həyata keçirilib:

"Bu arzu və istəklər isə erməni separatçılarının işinə çox yarayıb. Onların bütün cinayətkar əməlləri məhz bu,, sülhməramlı" cildinə girmiş qüvvələrin himayədarlığı və dəstəyi ilə baş tutub. İndiki Rusiyanın bəzi məsul şəxsləri tərəfindən səsləndirilən bəyanatlar isə, Azərbaycan ordusu tərəfindən bu əməllərin qarşısının alınmasına görədir. Amma Rusiya, hələki dünyanın dəyişməyə doğru yol aldığını, görmək istəmir".

Mehman
Xəbəri paylaş