Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

10 noyabr bəyanatı, Rusiya sülhməramlı qüvvələri tərəfindən icra edilmir

10 noyabr bəyanatı, Rusiya sülhməramlı qüvvələri tərəfindən icra edilmir


Newscenter.az.30.03.2022. 10 noyabr bəyanatı, xüsusilə də 4- cü bənd, Rusiya sülhməramlı qüvvələri tərəfindən icra edilmir.

Newscenter.az-ın xəbərinə görə, bunu deyən siyasi ekspert Çingiz Şahbazi bildirib ki, həmin bənddə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb:

"Rusiya üzərinə düşən vəzifəni niyə yerinə yetirməkdən boyun qaçırır? Vaxtilə, BMT də qəbul etdiyi qətnamələri indiki Rusiya kimi görməzdən gəlirdi. Azərbaycan BMT-nin bu hərəkətlərinə çox uzun zaman səbrlə, təmkinlə ümid bəslədi və sonda nəhayət BMT-nin həyata keçirməsi olan missiyanı, özü həyata keçirdi və ədalət bərpa olundu".

Çingiz Şahbazi deyir ki, hazırda Rusiyanın, Qarabağdakı mövqeyi də eynilə BMT- nin mövqeyini xatırladır:

"Bu da o deməkdir ki, Azərbaycan bundan öncə olduğu kimi, indi də öz göbəyini özü kəsməli olacaq. Yəni Rusiya sülhməramlı qüvvələrinin görməli olduqları işi, Azərbaycan ordusu görməlidir".

Mehman
Xəbəri paylaş