Newscenter.az.30.03.2022. ABŞ və müttəfiqləri Ukraynaya hərbi yardımı davam etdirəcəklər.
Newscenter.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqon sözçüsü Con Kirbi brifinqdə bildirib.
Onun sözlərinə görə, son səkkiz il ərzində ABŞ və müttəfiqləri Ukrayna ordusuna əhəmiyyətli dərəcədə yardımlar edib.
“Biz onların təhlükəsizlik ehtiyaclarını ödəmək üçün gələcəkdə də bu cür yardımları davam etdirəcəyik", - Kirbi deyib.
Kirbi vurğulayıb ki, nizamlanma şərtləri Rusiya və Ukrayna tərəfindən müzakirə olunacaq, ABŞ onlara diktə etməyəcək.