Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın e-iştirakçılıq siyasəti və EHİM-in bu istiqamətdə layihələri BMT-nin hesabatında dərc edilib

Azərbaycanın e-iştirakçılıq siyasəti və EHİM-in bu istiqamətdə layihələri BMT-nin hesabatında dərc edilib

Newscenter.az.30.03.2022. Azərbaycanın milli e-iştirakçılıq siyasəti və strategiyası, eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr haqqında məlumat Birləşmiş Millətlər Təşkilatı tərəfindən hazırlanan hesabatda dərc olunub.

Newscenter.az xəbər verir ki, hesabat cari ilin 10-11 yanvar tarixlərində keçirilən vörkşopa istinadən hazırlanıb. 15 ölkədən nümayəndələrin iştirak etdiyi vörkşopda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov Azərbaycanda e-iştirakçılığın təmin edilməsi istiqamətində görülən işlər, eləcə də həyata keçirilən layihələr haqqında geniş məlumat verib.

Hesabatda Azərbaycanın bu istiqamətdə iki əsas sənədə, o cümlədən Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 2022-2024-cü illər üçün strateji planına əsaslandığı bildirilib. Tətbiq sahəsində də Azərbaycanın paylaşa biləcəyi təcrübəyə malik olduğu vurğulanıb.

Hesabatda “ASAN Login” Vahid Giriş Sistemi, “myGov” şəxsi kabinet əsaslı elektron hökumət portalı, vətəndaş müraciətləri üçün yaradılan “ASAN müraciət” mobil tətbiqi haqqında danışılıb.

Hesabatda EHİM tərəfindən həyata keçirilən “Rəqəmsal Jurnalistikaya doğru” proqramı haqqında qeyd yer alıb.
Layihənin rəqəmsal savadlılığın yüksəldilməsi məqsədilə keçirilən maarifləndirmə proqramı olduğu bildirilib.

Hesabatda, habelə “Yerli İnkişaf üçün Yaxşı İdarəetmə” proqramının (rih.gov.az) adı çəkilib. Bildirilib ki, proqram regionda rəqəmsallığın inkişafına xidmət edir.

Azərbaycanla yanaşı, hesabatda BMT tərəfindən hazırlanan Elektron Hökumətin İnkişafı İndeksində lider mövqelərdə olan Danimarka, Koreya Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Sinqapur, Yaponiya, habelə digər ölkələrin təcrübələri öz əksini tapıb.

Azərbaycanın elektron hökumət sahəsində təcrübəsinin BMT kimi qlobal təşkilatlar tərəfindən araşdırılması və bu sahədə inkişaf etmiş ölkələrin təcrübəsilə yanaşı təqdim olunması, ölkəmiz adına çox sevindirici haldır.

Sevinc
Xəbəri paylaş