Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Azəriqaz" Sumqayıt sahibkarlarının problemlərini

"Azəriqaz" Sumqayıt sahibkarlarının problemlərini


Newscenter.az.30.03.2022. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində növbəti görüş Sumqayıt şəhərində baş tutub.

Newscenter.az-ın “Azəriqaz”a istinadən verdiyi məlumata görə, görüşdə İstehsalat Birliyinin, eləcə də İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri sahibkarların problem və təkliflərini dinləyiblər.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Elnur Xanməmmədov dövri yoxlama müddəti çatan sayğacın dövlət yoxlamasına aparıldıqdan sonra həmin sayğacın geri qaytarılmasında müəyyən müddət gecikmə olduğunu bildirib. Birliyin məsul şəxsləri tərəfindən mövcud prosedur qaydaları sahibkarın diqqətinə çatdırılıb, ünvanlanan sualla bağlı lazımi izahatlar verilib.

Digər ictimai-iaşə müəssisə sahibləri qaz təsərrüfatına dair heç bir problemlərinin olmadığını diqqətə çatdırıblar. Sahibkarlarla yanaşı, sakinlər də qaz təchizatı ilə bağlı üzləşdikləri çətinliklərdən söz açıblar.

Kamil Vəliyev yaşadığı yataqxanada quraşdırılan sonradan ödənişli (mexaniki tipli) sayğacın əvvəlcədən ödənişli (smart-kart tipli) sayğacla əvəzlənməsinə etiraz edib. Vətəndaş sonradan ödənişli sayğacın dəyişdirilməməsini xahiş edib. Daxil olan bütün müraciətlər cavablandırılıb, araşdırılması üçün qeydə alınıb.

Sevinc
Xəbəri paylaş