Newscenter.az.30.03.2022. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “İnvestisiya Proqramına”na əsasən, Bakının Yeni Suraxanı qəsəbəsində mərkəzi küçənin təmirinə başlayıb.
Newscenter.az" bu barədə Agentliyə istinadən xəbər verir.
Məlumata görə, uzunluğu 1 300, eni isə 8 metr təşkil edən sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə, xüsusən payız-qış mövsümündə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Məhz bu səbəbdən aparılan yenidənqurma işləri çərçivəsində küçə boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunaraq yeni yol yatağı, küçə profilə salınıb. Hazırda zəruri yerlərdə optimal qum-çınqıl qarışığından yol əsası işlənilir.
Yenidənqurma işləri çərçivəsində küçə boyu 1 600 p/metr bardyur və vətəndaşların yolun kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə 1 500 p/metr yeni piyada səkilərinin inşası nəzərdə tutulub. Son mərhələdə küçəyə iki qat olmaqla yeni asfalt-beton örtüyü döşənəcək, avtobus dayanacağı, yol nişanları quraşdırılacaq, yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə sözügedən ərazidə yeni və müasir yol infratsrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Təmir işlərinin Yeni Suraxanı qəsəbəsinin 14 iyul küçəsindən ayrılan və ümumi uzunluğu 1000 metr təşkil edən məhlədaxili yollarında da aparılması nəzərdə tutulur.
Agentlik ötən il rayon ərazisində ümumi uzunluğu 18.5 km təşkil edən küçə təmir edib.
Sevinc