Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Benilüks azərbaycanlıları Ukraynaya humanitar yardım göndərib

Benilüks azərbaycanlıları Ukraynaya humanitar yardım göndərib


Newscenter.az.30.03.2022. Niderlandda fəaliyyət göstərən Benilüks Azərbaycanlıları Konqresi (BAK) qərargahında Ukraynaya yardım aksiyası davam edir.

Newscenter.az-a BAK-dan bildirilib ki, Azərbaycan, Türk, Latviya və Özbəkistan icmalarının üzvləri tərəfindən Ukrayna müharibəsində vuruşan əsgərlərə, müharibədən əziyyət çəkən mülki əhaliyə yardım göndərib. Bu dəfə yalnız, ərzaqla dolu maşın, Ukrayna istiqamətinə yollanıb.

"Hər zaman, Rusiyanın İşğalçı siyasətinə qarşı çixan, Niderlandda yaşayan müxtəlif xalq nümayəndələri, belə yardımları aktiv şəkildə həyata keçirirlər. Bu, BAK ın təşkil etdiyi ilk yardım deyil, BAK gələcəkdə də Ukraynaya belə yardımları davam etdirmək niyyətindədir".

Mehman
Xəbəri paylaş