Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib


Newscenter.az.30.03.2022. Energetika naziri Pərviz Şahbazov Almaniyada “Berlin Enerji Keçidi Dialoqu” tədbiri çərçivəsində Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Francesco La Camera ilə görüşüb.

Newscenter.az-a nazirlikdən bildirilib ki, görüşdə energetika naziri bərpa olunan enerji sahəsində ölkəmizdə həyata keçirilən və planlaşdırılan layihələr barədə ətraflı məlumat verib. Təşkilat ilə əməkdaşlığın dərinləşdirilməsi üçün potensial istiqamətlər diqqətə çatdırılıb. Bu xüsusda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa olunan enerjidən istifadə ilə bağlı müxtəlif istiqamətlərə investorların təşviqi məsələsi müzakirə edilib. Bildirilib ki, “Yaşıl Enerji Zonası” konsepsiyasına uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə yaşayış evlərinin enerji tələbatı məhz bərpa olunan enerji mənbələri hesabına təmin ediləcəkdir. İlk kənddə bütün evlərin üzərində günəş kollektorları, ictimai binaların üzərində 300 kVt-dan çox gücə malik günəş panelləri və ümumi gücü 636 kVt olan 3 ədəd Arximed qurğusunun quraşdırıldığı qeyd edilib. Gələcəkdə bu təcrübənin davam etdirilməsi, tikiləcək fərdi mənzillərdə günəş panellərinin və kollektorlarının quraşdırılması, habelə ərazidəki bərpa olunan enerji mənbələri potensialından istifadə etməklə layihələrin icrası nəzərdə tutulur ki, bu istiqamətlərdə əməkdaşlıq imkanlarının dəyərləndirilməsinin vacibliyi vurğulanıb.

IRENA-nın baş direktoru Francesco La Camera Azərbaycan ilə təşkilatın əməkdaşlığından məmnunluğunu ifadə edərək, hazırkı imkanların dəyərləndirilməsinə təmsil etdiyi qurumun dəstək verəcəyini bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığa dair digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sevinc
Xəbəri paylaş