Newscenter.az.30.03.2022. FIFA-da növbəti prezident seçkilərinin vaxtı açıqlanıb.
"Report" xəbər verir ki, seçkilər 2023-cü ildə ali futbol qurumunun 73-cü Konqresində keçiriləcək.
Seçki dövrü bu il martın 31-də başlayacaq. FİFA-ya üzv olan milli assosiasiyalar qurumun prezidenti vəzifəsinə öz namizədləri Konqresə dörd ay qalmışadək təklif etməlidirlər. Seçki prosesi isə Konqresdən bir ay əvvəl start götürəcək.
Qeyd edək ki, FıFA-nın hazırkı prezidenti Canni İnfantinodur.