Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Google Chrome" brauzerində təhlükəsizlik boşluğu aşkar edilib

"Google Chrome" brauzerində təhlükəsizlik boşluğu aşkar edilib


Newscenter.az.30.03.2022. "Google Chrome" brauzerində təhlükəsizlik boşluğu aşkar edilib. Hakerlərin bu vəziyyətdən yararlanmasının qarşısını alacaq yeni yeni bir yeniləmə gözlənilir.

"Report" xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin açıqlamasında bldirilir.

Məlumatda deyilir ki, dünyanın ən məşhur internet brauzeri "Google Chrome" tez-tez həddindən artıq prosessor və RAM istehlak etdiyinə görə tənqid olunur. Ancaq yenə də milyardlarla istifadəçi "Chrome"a üstünlük verir.

Təxminən 3 milyarddan çox istifadəçisi olan "Google Chrome"dan dünya əhalisinin demək olar ki, yarısı istifadə edir.

Bir neçə gün öncə isə "Google"un yaydığı təcili xəbərdarlıqda "Chrome" brauzerinin kritik boşluğa malik olduğu və hər an kiberhücumun baş verə biləcəyini istifadəçilərin diqqətinə çatdırılıb. CVE-2022-1096 kimi müəyyən edilən bu boşluq jаvascript mühərrikində yerləşir və haker qruplarına məlumdur.

"Google" zəifliyin necə istifadə edildiyi və bunun səbəbləri ilə bağlı heç bir təfərrüat təqdim etməsə də, istifadəçilər "Chrome" brauzerini 99.0.4844.84 versiyasına uyğun yeniləməlidirlər.
Xəbəri paylaş