Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həbsdə olan sabiq icra başçısının kassasiya şikayəti icraata götürülüb

Həbsdə olan sabiq icra başçısının kassasiya şikayəti icraata götürülüb


Newscenter.az.30.03.2022. Yevlax Şəhər İcra Hakimiyyətinin həbsdə olan sabiq icra başçısı Qoca Səmədov kassasiya şikayəti icraata götürülüb.

Bu barədə onun vəkili Elnur Vəliyev bildirib.

O deyib ki, kassasiya şikayəti Ali Məhkəmənin hakimi Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayınadək Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. Şəki Apellyasiya Məhkəməsinin qərarına əsasən, Q.Səmədovun cəzası 6 ilə endirilib.
Xəbəri paylaş