Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirib

Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı səyyar qəbul keçirib


Newscenter.az.30.03.2022. Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 4-cü mikrorayon 20 Yanvar küçəsi 7a ünvanda sakinlərin müraciətlərini dinləmişdir.

Newscenter.az xəbər verir ki, mikrorayonda, o cümlədən H.Seyidzadə küçəsi, H.B.Əliyev küçəsi, MirCəlal küçəsi, Cavadxan küçəsi ərazilərində yaşayan sakinlər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş səyyar qəbulda müraciətlərini etmişlər.

Sakinlərdən Məmmədova Elnarə, Hüseynova Arzu, İbrahimov Maşallah, Qasımova Nüşabə, İsmayılova Nərminə, Məmmədova Arzu, Aslanova Səmayə və digərləri bir sıra məsələlərlə bağlı, o cümlədən dam öryüyünün təmiri, mənzilin sənədləşdirilməsi, həyətin abadlaşdırılması, ümumi həyətdən qanunsuz çəpərlərin yığışdırılması, liftin təmiri, kanalizasiya xəttinin təmiri, qəzalı ağacın götürülməsi barədə müraciətlər etmiş, təkliflər irəli sürmüşlər.

Qəbulun gedişində Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın vətəndaşlarımızın rifahının daha da yüksəlməsinə yönəlmiş səyləri nəticəsində əldə olunan uğurlar qeyd olunmuşdur.

Qəbul zamanı sakinlər müraciətlərilə yanaşı Nəsimi rayonunda, xüsusilə mikrorayonlarda aparılan quruculuq, abadlıq işlərindən razı qaldıqlarını və görülən işlərə görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Müraciətlərlə bağlı qəbulda iştirak edən rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin məsul şəxslərinə müvafiq tapşırıqlar verilmişdir.

Mehman
Xəbəri paylaş