Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Tolerantlıq və birgəyaşayış dəyərlərinin təşviqində parlamentlərin və qlobal təşkilatların rolu

Tolerantlıq və birgəyaşayış dəyərlərinin təşviqində parlamentlərin və qlobal təşkilatların rolu


Newscenter.az.30.03.2022. Milli Məclisin deputatı Könül Nurullayeva Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq və birgəyaşayış naziri Şeyx Nəhyan bin Mübarək Əl Nəhyanın rəhbərliyi ilə Dubay Ekspo sərgisində keçirilən Tolerantlıq və Birgəyaşayış Konfransında iştirak edib.

Newscenter.az xəbər verir ki, Xorvatiya Respublikasının keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç, Ərəb Parlamentinin Sədri Adel Əl Əsumi, Ərəb Dövlətləri Liqasının Ərəb Təşkilatları və Birlikləri Departamentinin direktoru Məhəmməd Xabir, Madaqaskar Respublikasının keçmiş Prezidenti Heri Rajaonarimampianina, Mozambik Respublikası Assambleyasının Sədri Espranca Bias və digər yüksək səviyyəli rəsmilər də konfransda məruzəçi qismində çıxış edərək, “Tolerantlıq və birgəyaşayış dəyərlərinin təşviqində parlamentlərin və qlobal təşkilatların rolu” mövzusunda müzakirələr aparıblar.

Onu da qeyd edək ki, Azərbaycan-Xorvatiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Könül Nurullayeva konfrans çərçivəsində Xorvatiya Respublikasının keçmiş Prezidenti Kolinda Qrabar-Kitaroviç ilə təmas zamanı iki ölkənin qanunverici orqanları arasındakı əlaqələrin genişləndirilməsi perspektivlərinə diqqət çəkib, mövcud münasibətlərdən məmnunluğunu dilə gətirib.

Daha sonra Tolerantlıq və Birgəyaşayış Konfransı çərçivəsində iştirakçı dövlətlərin Dubay Ekspo 2020 sərgisindəki pavilyonlarına ziyarətlər təşkil olunub. Deputat Könül Nurullayeva da öz növbəsində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə yaradılan Azərbaycan pavilyonuna baş çəkib, burada sərgilənən mədəniyyət və tarix nümunələri ilə yaxından tanış olub. Millət vəkili, eyni zamanda milli pavilyonumuzda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və “NEQSOL Holdinq”in dəstəyi ilə 11-ci İllik İnvestisiya Görüşü çərçivəsində keçirilən Azərbaycan-BƏƏ kiçik və orta biznes (KOB) üzrə Forumuna iştirakçı qismində qatılıb. Nəzərinizə çatdıraq ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov forumda çıxış edərək, KOB-ların bir-biri ilə səmərəli ünsiyyətinin təşkil olması üçün ümumi platformanın yaradılması ilə bağlı geniş fikir mübadiləsi aparıblar.

Ruhiyyə
Xəbəri paylaş