Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynada azərbaycanlı zabit ağır yaralanıb

Ukraynada azərbaycanlı zabit ağır yaralanıb


Newscenter.az.30.03.2022. Rusiyanın Ukraynaya hücumu nəticəsində ölkədə gedən müharibədə azərbaycanlı zabit ağır yaralanıb.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Donetsk vilayəti istiqamətində gedən döyüşlərdə Ukrayna ordusunun xüsusi təyinatlı qüvvələrinə məxsus hissələrdən birinin baş leytenantı, əslən Azərbaycanın Göyçay rayonundan olan Ağayev Əlixan Ruslan oğlu ağır yaralanıb.

Xüsusi igidliyi ilə seçilən Ə. Ağayev ağır döyüşdə yaralanıb. O, hazırda Ukraynanın arxa cəbhədə hospitallarından birində yerləşdirilib, vəziyyəti normaldır. Ukrayna vətəndaşı olan azərbaycanlı zabit Dnepropetrovskda doğulub boya-başa çatıb.
Xəbəri paylaş