Newscenter.az.31.03.2022. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 56 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 791 932 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 889 nəfər müalicə olunaraq sağalıb, 9 692 nəfər vəfat edib. 351 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4 489, bu günə qədər isə ümumilikdə 6 701 673 test icra olunub.