Newscenter.az.31.03.2022 BMT-nin İnsan Hüquqları Şurasının prezidenti Federiko Villeqas Ukraynaya qarşı müharibə zamanı Rusiyanın hərbi və digər cinayətlərini araşdırmaq üçün komissiyanın üç üzvünü təyin edib. Onların vəzifələrinə pozuntular və sui-istifadə hallarına dair sübutların toplanması və təhlili daxildir.
Bu barədə Newscenter.az BMT-nin İnsan Hüquqları Şurasının saytına istinadən xəbər verir.
Rusiyanın Ukraynaya qarşı cinayətlərini araşdırmaq üçün müstəqil beynəlxalq komissiyanın yaradılması İnsan Hüquqları Şurasının 4 mart 2022-ci il tarixli 49/1 saylı qətnaməsində nəzərdə tutulub. Sənəddə qeyd olunur ki, onun tərkibinə təşkilatın prezidenti tərəfindən təyin olunan üç ekspert daxil olacaq.
Komissiyanın üzvləri aşağıdakılardan ibarətdir:
Norveçli Erik Messe (sədr) - Ruanda Soyqırımı üzrə Beynəlxalq Cinayət Tribunalının keçmiş rəhbəri;
Bosniya və Herseqovinanın İnsan hüquqları üzrə Ombudsmanı, keçmiş hakim Yasminka Djumxur;
Beynəlxalq təşkilatların keçmiş ədliyyə müşaviri və Nyu York Universitetində proqram direktoru, kolumbiyalı Pablo de Qreyffa .
Komissiya “qanun pozuntuları və sui-istifadə faktlarını, o cümlədən onların gender ölçüsünü toplamalı, tərtib və təhlil etməli, beynəlxalq hüquq standartlarına uyğun olaraq bütün məlumatları, sənədləri və sübutları, o cümlədən müsahibələri, şahid ifadələrini, məhkəmə-tibbi sübutları sistematik şəkildə qeyd etməli, saxlamalı, gələcək məhkəmə çəkişmələrini nəzərə almalıdır.
Komissiya bir il müddətinə yaradılıb. Fəaliyyətin nəticələrinə əsasən 2022-ci ilin sentyabrında şifahi hesabat, 2023-cü ilin martına qədər isə yazılı hesabat hazırlayıb BMT Baş Assambleyasına təqdim etməlidir.
Xatırladaq ki, daha əvvəl İnsan Hüquqları Təşkilatı üzrə Ali Komissar Mişel Baçelet Rusiyanın Ukrayna ərazisinə ayrıseçkilik etmədən hücumlarının müharibə cinayətləri ilə eyniləşdiriləcəyini bildirmişdi.
Rusiya ilə Ukrayna arasında müharibənin artıq 36 gündür davam edir.
Anar TAĞIYEV