Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu qarayaxma kampaniyası Sahibə xanım Qafarovanın siyasi dərs verdiyi ermənilərin fəaliyyətidir

Bu qarayaxma kampaniyası Sahibə xanım Qafarovanın siyasi dərs verdiyi ermənilərin fəaliyyətidir


Newscenter.az.31.03.2022. “Milli Məclisin sədri Sahibə xanım Qafarova hər zaman ölkəmizin maraqlarının qorunması istiqamətində səmərəli fəaliyyət göstərib, Azərbaycanı beynəlxalq miqyasda layiqli şəkildə və yüksək səviyyədə təmsil edib”.

Newscenter.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Qazaxıstanın Almatı şəhərində MDB-yə üzv olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının iclasında iştirak edən parlamentimizin sədri Sahibə xanım Qafarova erməni spikerin əsassız fikirlərinə arqumentlərlə tutarlı cavablar verməklə susdurması hər kəsin yaddaşındadır:

“Sahibə xanım Qafarovanın bu çıxışı onun yüksək elmi təfəkkürünün və siyasi bacarığının, savadının göstəricisi olmaqla yanaşı, Ermənistan spikerinə verilmiş siyasi və diplomatik dərs idi. Bəlkə də, elə bu səbəbdəndir ki, Sahibə xanım Qafarovanı çıxışındakı mexaniki səhvə görə ləkələməyə çalışırlar. Heç bir şübhə yoxdur ki, bu qarayaxma kampaniyası Sahibə xanım Qafarovanın siyasi dərs verdiyi ermənilərin və onların direktivləri ilə işləyən “5-ci kolon”un fəaliyyətidir. Çıxışı zamanı texniki olaraq işlədilmiş ifadəni təxribat məqsədi ilə şişirtmək heç bir etikaya sığmır. Yaxşı olardı ki, təxribata əl atmağa cəhd edən qaragüruhçular gərgin şəraitdə keçən həmin iclasda Sahibə xanım Qafarovanın ölkəmizin milli maraqlarını yüksək səviyyədə qoruduğunu və erməni spikerini susdurduğunu yaddan çıxarmasınlar”.

Ruhiyyə
Xəbəri paylaş