Newscenter.az.31.03.2022. Aprel ayının 6-da, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Paşinyan arasında Brüsseldə, Şarl Mişelin vasitəçiliyi ilə görüş keçiriləcək məlumatı verilib.
Rusiya və Ukrayna arasında gedən müharibə və son zamanlar Qarabağda baş verənlər, Qərbin yenidən Qarabağ məsələsinə əl qoymasına həvəs yaradıb. Sözsüz ki, Qərbin bu addımı Rusiyanın ürəyincə ola bilməz və Rusiya çalışacaq ki, bu məsələ Qərb masasında heç bir uğurlu nəticəyə varmasın.
Amma, bu arada prezident İlham Əliyev ATƏT- in sədrinə "Münaqişə artıq öz həllini tapıb. İndi də Azərbaycan və Ermənistan arasında münasibətləri nizamlamaq vaxtıdır" deməsi və bu mesajın arxasında yeni dönəmin başlamasına işarə edir. Bu işarənin açması, sadəcə Cənubi Qafqazın gələcəyində sülh və sabitliyin təmin edilməsi üçün, bütün imkanlar münasibətlərin nizamlanmasına sərf olunmalıdır, anlamı daşıyır. Çənubi Qafqaza sülh mütləq gələcək.
Bunun üçün münbit şərait yaranıb. Ermənistan sülh sazişinin müzakirəsinə hazır olduğunu bəyan edir və Ermənistan tərəfi Azərbaycanın təkliflərini məqbul hesab edir. Bütün bunlar Rusiyanın zəifləməsindən qaynaqlanan amildir və yaxın gələcəkdə müsbət nəticələrin əldə olunması ehtimalı böyükdür.
Çingiz Şahbazi