Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Futbolçu komanda yoldaşlarının butslarını oğurlayaraq satıb

Futbolçu komanda yoldaşlarının butslarını oğurlayaraq satıb


Newscenter.az.31.03.2022. Fransa "Bordo"sunun futbolçularından biri komanda yoldaşlarının butslarını oğurlayıb.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, adı açıqlanmayan gənc oyunçu daha sonra həmin ayaqqabıları internet vasitəsilə satıb. Futbolçunun hərəkətlərini keçmiş sevgilisi ifşa edib.

Zərərçəkmiş oyunçular onunla eyni komandada çıxış etmək istəmədiklərini bildiriblər. Klub rəhbərliyi həmin futbolçunu 1 oyunluq diskvalifikasiya edib və cərimələyib. Komanda yoldaşları qərardan narazı qalsalar da, zaman keçdikcə fikir ayrılıqları aradan qalxıb.

Qeyd edək ki, "Bordo" Liqa 1-də keçirdiyi 29 oyundan sonra 22 xalla turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.
Xəbəri paylaş