Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Həbsdə olan oğluna narkotik keçirmək istəyən ana saxlanılıb

Həbsdə olan oğluna narkotik keçirmək istəyən ana saxlanılıb


Newscenter.az.31.03.2022. Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Bu barədə Xidmətdən məlumat verilib.

Bildirilib ki, Cinayət Məcəlləsinin 234.4.3-cü (Narkotik) maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Tərlan Taleh oğlu İslamova anası Bakı şəhər sakini Sara Əvəz qızı İslamova tərəfindən gətirilən sovqata baxış keçirilən zaman, orada olan maykaya xüsusi üsulla hopdurularaq gizlədilmiş ümumi çəkisi 0,250 qram olan heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır
Xəbəri paylaş