Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kremlin “respublikalar”la bağlı qərarı Qarabağ üçün təhlükə yaradır?

Kremlin “respublikalar”la bağlı qərarı Qarabağ üçün təhlükə yaradır?


Newscenter.az.31.03.2022. Gürcüstanda separatçı "Cənubi Osetiya respublikası”nın qondarma "prezidenti” Anatoli Bibilov Rusiyaya birləşmək üçün yaxın vaxtlarda "hüquqi prosesə” başlayacaqlarını elan edib. Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda Bibilovun belə bir qərar verməsi diqqət çəkir.

Bibilov, "Prinsipcə, Cənubi Osetiyanın "konstitusiyası” hər şeyi çox aydın şəkildə ifadə edir. Təbii ki, xalqın fikrini soruşmaq lazımdır, yəni xalqın Rusiyanın tərkibinə daxil olmasına münasibət bildirməsinə əmin olmalıyıq”, - deyib. Bibilov topu xalqın üzərinə atır. Yəni separatçı "Cənubi Osetiya respublikası” Rusiyaya birləşmək üçün xalq referendumuna gedə bilər. Referendumun nəticəsi isə indidən bəlidir. Yəni bu sinvolik bir referendum olacaq.
Aydın məsələdir ki, bu qərar Bibilovun heç öz qərarı deyil. Ona təlimat birbaşa Kremldən gəlib. Məsələ ondadır ki, rəsmi Moskva Ukrayna müharibəsinə başının qarışdığı bir zamanda Cənubi Qafqazı da boş qoymaq istəmir.

Kremlin növbəti hədəfi Gürcüstandır?

Ukrayna müharibəsi fonunda Rusiyanın növbəti hədəfinin hansı ölkə olacağı sualı tez-tez səslənir. Bu siyahıya Özbəkistan, Gürcüstan, Moldova və s. ölkələrin də adı çəkilir. Rusiyanın Ukrayna ilə müharibə fonunda Gürcüstanla da müharibə etməsi real deyil. Məsələ ondadır ki, Kreml 2008-ci ildə bir dəfə Gürcüstanla müharibə edib. Digər tərəfdən, Ukrayna ilə müharibə fonunda Gürcüstanla da müharibə onsuz da Qərbin qəzəbinə tuş gələn Kreml üçün mövcud vəziyyətin daha da ağırlaşması ilə nəticələnə bilər.

Separatçı "Cənubi Osetiya respublikası”nın qondarma "prezidenti” Anatoli Bibilovun Rusiyaya birləşmək üçün yaxın vaxtlarda "hüquqi prosesə” başlayacaqlarını elan etməsi Kremlin Tiflisə açıq xəbərdarlığıdır. Rəsmi Tiflis Rusiya-Ukrayna müharibəsində maksimum ehtiyatlı mövqe sərgiləsə də, Avropa İttifaqına üzv olmaq istiqamətində fəaliyyətini dayandırmayıb. Əksinə, proses daha da artıb. Kreml də məhz bunun qarşısını almaq üçün Tiflisə təzyiqi artıracaq.

Birincisi, Rusiyanın əsas təzyiqi separatçı respublikalar üzərində olacaq. Cənubi Osetiyanın timsalında bunu görürük. Mümkündür ki, qondarma Abxaziya respublikasının lideri Aslan Bjaniya Rusiyaya birləşmək qərarını açıqlayacaq.

İkincisi, Rusiya vaxtilə Azərbaycanda olduğu kimi, Gürcüstanda da erməni kartından istifadə edə bilər. Söhbət Gürcüstanda ermənilərin kompakt yaşadığı Cavaxetiya bölgəsində eynilə Qarabağda başladılan separatizm hərəkatı kimi hərəkatın alovlanmasından gedir. Kreml bununla həm də Ermənistanla Gürcüstan arasında gərginlik yaratmağı planlayır. Düzdür, rəsmi İrəvanın Cavaxetiya üzərindən ikinci bir Qarabağ ssenarisinə gedib-getməyəcəyini demək çətindir, lakin Kreml ermənilərin iştahını hər zaman belə qabartmağı bacarıb.

Qarabağda da bənzər ssenari yaşana bilər?

Rusiyanın postsovet məkanındakı tanınmamış "respublikalar”la bağlı verdiyi qərar Qarabağla bağlı da ciddi narahatlıq yaradır. Hətta belə iddialar səslənir ki, Rusiya Qarabağın da müstəqiliyini "tanıya” bilər.

Bu versiya indiki halda mümkün deyil. Hər şeydən öncə nəzərə almaq lazımdır ki, Türkiyənin Azərbaycana qarşı xarici hücumlara və ərazi bütövlüyünə qarşı təhlükəsizlik qarantiyası var. Kremlin belə bir qərar verməsi onu Ankara ilə üz-üzə gətirə bilər. Bu isə Moskvanın ən son istəyəcəyi haldır.
Digər tərəfdən, Türkiyə kimi Rusiyanın özü də Moskva bəyannaməsinin müvafiq bəndlərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünə qarant verir və xarici təhdidlərə qarşı qorumalıdır.

Bütün bunlara baxmayaraq tədbiri əldən vermək olmaz. Hesab edirəm ki, hazırda Azərbaycan ilə Rusiya arasında o həddə bir problem yoxdur ki, Kreml belə bir qərar versin.

Turan Rzayev-siyasi ekspert
Xəbəri paylaş