Newscenter.az.31.03.2022. Məşhur iş adamı Mübariz Mənsimovun rəhbərlik etdiyi Palmali Şirkətlər Qrupu tərəfindən yeni gəmi istismara verilib.
Newscenter.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şəhid general Polad Həşimovun adı verilən gəmi Yalovada təşkil edilən mərasimlə sulara buraxılıb.
140 metr uzunluğu, 17 metr eni olan gəmi 7500 ton yük daşımaq qabiliyyətindədir. Yaxın iki gündə yola çıxacaq "Polad Həşimov" adlı gəminin Ukrayna sularında fəaliyyət göstərəcəyi bildirilir.
Sözügedən mərasimlə bağlı keçirdiyi mətbuat konfransında Mübariz Mənsimov deyib ki.i Qara dənizdən Dnepr çayı üzərindən Ukraynanın İzmail limanına yan alacaq "Polad Həşimov" gəmisi 7500 ton Günəbaxan yağı yükləyərək Mersin limanına qayıdacaq.
33 ildir Türkiyədə fəaliyyət göstərdiklərini deyən Mübariz Mənsimov bu günə qədər 180 gəmi inşa edib istismara verdiklərini vurğulayıb.
Qeyd edək ki, gəminin suya buraxılması məqsədilə təşkil edilən mərasimdə şəhid general Polad Həşimovun anası Səmayə Həşimova da iştirak edib. Şəhid anası mərasimdə iştirak etmək üçün Mübariz Mənsimov tərəfindən Türkiyəyə dəvət edilib.
Mehman