Newscenter.az.31.03.2022. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Sabirabad, Saatlı və İmişli rayon sakinlərini qəbul edəcək.
Newscenter.az bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, qəbul aprelin 8-də saat 10:00-da Sabirabad şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 95) keçiriləcək.
Qəbula yazılmaq üçün aprelin 7-nə qədər nazirliyin Çağrı Mərkəzi (1655), elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.
Vətəndaş qəbulunda iştirak etmək istəyənlər, həmçinin Sabirabad, Saatlı və İmişli Telekommunikasiya qovşaqlarına (050 833 03 40) da müraciət edə bilərlər.
Sevinc