Newscenter.az.31.03.2022. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, söhbət zamanı İstanbulda martın 29-da baş tutan Rusiya-Ukrayna danışıqları olub.
Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya ilə Ukrayna arasında sülhün bərqərar olması üçün intensiv diplomatik səylər göstərir.
Türkiyə Prezidenti Ukrayna və Rusiya liderləri arasında görüş təşkil etmək üçün səylərini davam etdirəcəyinə əmin edib.