Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Çernobıl AES-ə nəzarəti Ukraynaya verib

Rusiya Çernobıl AES-ə nəzarəti Ukraynaya verib


Newscenter.az.31.03.2022. Rusiya Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ukraynalı personala verib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi təsdiq edib.

Bundan əvvəl Qrossinin Ukraynaya gəldiyi barədə xəbər verilib. Baş direktorun təşkilatın planlaşdırdığı texniki yardımla bağlı yüksək vəzifəli dövlət rəsmiləri ilə danışıqlara cəlb ediləcəyi gözlənilir.

Müzakirə ediləcək mövzulara həyati əhəmiyyətli təhlükəsizlik ləvazimatlarının çatdırılması daxildir. Həmçinin, MAQATE Ukraynanın nüvə obyektlərinə yardım üçün xüsusi planlar hazırlayıb.
Xəbəri paylaş