Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsraillə turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb

İsraillə turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb


Newscenter.az.31.03.2022. Dövlət Turizm Agentliyin sədri Fuad Nağıyevin İsrailə səfəri çərçivəsində, Dövlət Turizm Agentliyi ilə İsrail Turizm Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş imzalanıb.

Newscenter.az xəbər verir ki, sazişə əsasən, tərəflər turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək, hər iki ölkənin turizm idarəetmə orqanları, turizm assosiasiyaları, təşkilatları və müvafiq şirkətləri arasında əlaqələrin qurulmasını, o cümlədən tarixi, rəqəmsal, ekoloji, macəra turizmi üzrə əməkdaşlığı genişləndirmək, mədəni irs və dini məkanlara səyahətləri təşviq etmək öhdəliyi götürürlər.

Bundan əlavə, Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti 29-30 martda Təl-Əvivdə baş tutan “Beynəlxalq Aralıq dənizi Turizm Bazarı” (IMTM 2022) sərgisində iştirak edib.

Sərgidə “Azərbaycan Hava Yolları” QSC, Dağ Yəhudiləri Muzeyi, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti və digər 9 yerli tərəfdaşla birlikdə təmsil olunan nümayəndə heyəti tərəfindən Azərbaycanın turizm imkanları, o cümlədən Qarabağın turizm potensialı nümayiş etdirilib.

Sərgi çərçivəsində müvafiq tərəfdaşlarla yeni əlaqələr yaratmaq və yaxın gələcəkdə İsraildən daha çox turisti qarşılamaq istiqamətində əməkdaşlıq etməklə bağlı görüşlər keçirilib.

Sərgi zamanı İsrailin turizm naziri Yoel Razvozov Azərbaycan milli stendini ziyarət edərək təqdim olunan turizm məhsulları ilə tanış olub.

Qeyd edək ki, Dövlət Turizm Agentliyi tərəfindən tarixi yəhudi irsinin turizm potensialının inkişafı üçün bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu irs üzrə turizm marşrutu hazırlanıb, həmçinin İsrailin Azərbaycandakı Səfirliyi ilə birlikdə Quba rayonunda yerləşən Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində işlər görülüb.

2019-cu ildə Azərbaycana səfər edən İsrail vətəndaşlarının sayı 47 min nəfər təşkil edib. Bu da 2018-ci il ilə müqayisədə 17.3% artım demək idi. Pandemiya dövründə bu say kəskin azalsa da, 2021-ci ildə sərhədlərin tədricən açılması ilə davamlı şəkildə artmağa başlamışdır.

Sevinc
Xəbəri paylaş