Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xızıda 1 kiloqram heroin qanunsuz dövriyyədən çıxarılıb

Xızıda 1 kiloqram heroin qanunsuz dövriyyədən çıxarılıb


Newscenter.az.31.03.2022. Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Nurlan Muxtarov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman külli miqdarda yəni 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Mehman
Xəbəri paylaş