Bakıda 30-35 yaşlarında qadın çoxmərtəbəli binanın eyvanından yerə düşüb.
“Report”un əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınıb.
Çoxsaylı xəsarətlər alan qadının durumu ağırdır.
Hadisə yerinə polis əməkdaşları gəlib.
Qadının özünü yerə atdığı, yaxud ehtiyatsızlıqdan yerə düşdüyü araşdırmalardan sonra məlum olacaq.