Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Agentliyinin sədri 4-cü Dövlət Xidmətləri Forumunda iştirak edib

Dövlət Agentliyinin sədri 4-cü Dövlət Xidmətləri Forumunda iştirak edib


VIII Dünya Hökumətlər Sammitində iştirak etmək məqsədilə Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdə olan Dövlət Agetliyinin sədri Ülvi Mehdiyev Sammit çərçivəsində təşkil olunan 4-cü Dövlət Xidmətləri Forumunda çıxış edib.

Newscenter.az xəbər verir ki, 2 sessiyadan ibarət olan tədbir zamanı Dövlət Agentliyinin sədri “2030 və ondan sonrakı dövrdə dövlət xidmətləri” və “Gələcəyin xidmətlərinin yenidən formalaşdırılmasında insan resurslarının gücü” mövzuları üzrə səsləndirilən sualları cavablandırıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət və sosial innovasiyalar sahəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Geniş müzakirə və suallarla davam edən tədbirə BƏƏ Hökumətinin Dövlət Xidmətləri Bölməsinin rəhbəri, Estoniyanın sabiq Baş Naziri, Serbiya Baş Naziri Ofisinin Dövlət İdarəçiliyində İslahatlar və E-hökumət bölməsinin rəhbəri, İsrailin İnnovasiya, Elm və Texnologiyalar Nazirliyinin sabiq Baş direktoru, eləcə də “Amazon” şirkətinin vitse-prezidenti, ABŞ və Almaniyadan olan texnologiya şirkətlərinin rəhbərləri və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.

Sonra Ülvi Mehdiyev məşhur futurist-jurnalist İən Xana Forumun yekunları ilə bağlı xüsusi müsahibə verib.

Dövlət Agentliyi Dövlət Xidmətləri Forumunda bundan əvvəl də təmsil olunub.

Sevinc
Xəbəri paylaş