Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının final mərhələsinin təqvimi dəqiqləşib.
"Report"un məlumatına görə, mundialın açılış oyunu noyabrın 21-də Bakı vaxtı ilə saat 14:00da ev sahibi komanda ilə Ekvador arasında baş tutacaq. Qarşılaşma 80 000 azarkeş tutumuna malik "Al Bayt" stadionunda oynanılacaq.
I tur
21 noyabr
A qrupu
Qətər - Ekvador
Seneqal - Niderland
B qrupu
İngiltərə - İran
ABŞ - Ukrayna / Şotlandiya - Uels cütünün qalibi
22 noyabr
C qrupu
Argentina – Səudiyyə Ərəbistanı
Meksika - Polşa
D qrupu
Fransa - Peru - Avstraliya / BƏƏ cütünün qalibi
Danimarka - Tunis
23 noyabr
E qrupu
İspaniya - Kosta-Rika / Yeni Zelandiya cütünün qalibi
Almaniya - Yaponiya
F qrupu
Belçika - Kanada
Mərakeş - Xorvatiya
24 noyabr
G qrupu
Braziliya - Serbiya
İsveçrə - Kamerun
H qrupu
Portuqaliya - Qana
Uruqvay - Cənubi Koreya