Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kənd Təsərrüfatı Nazirliyi 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Kənd Təsərrüfatı Nazirliyi 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir


Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 5 mart tarixli 140s nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi təşkilatların 2022-ci il üçün doktorant və dissertant hazırlığı üzrə qəbul planı”na əsasən Azərbaycan Dövlət Aqrar Universiteti, “Aqrar Tədqiqatlar Mərkəzi” publik hüquqi şəxs və elmi tədqiqat institutlarına fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

Newscenter.az xəbər verir ki, Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd təqdim etmək istəyən şəxslər 5 aprel 2022-ci il tarixdən başlayaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmaqla “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər.

Sənəd qəbulu üçün son tarix: 5 may 2022-ci il.

Sevinc
Xəbəri paylaş