Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Özbəkistanda Azərbaycan mədəniyyəti günləri keçiriləcək


Aprel ayında Özbəkistanda “Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri”nin keçirilməsi planlaşdırılır.

Bunu “Report”a Özbəkistanın mədəniyyət nazirinin müavini Muradcan Məcidov bildirib.

Tədbirin Tərməz şəhərində keçirilməsi gözlənilir.

Nazir müavini bildirib ki, Özbəkistan Azərbaycanı 2022-ci ildə keçirilməsi planlaşdırılan “Muğam sənəti və onun rəqəmsal dünyada rolu” adlı II Beynəlxalq Konfransda, “Şərq təranələri” adlı beynəlxalq musiqi festivalında və Sənətlər festivalında iştirak etməyə dəvət etməyi planlaşdırır.
Xəbəri paylaş