Rusiyadakı bəzi dairələr yenidən ölkəmizlə bağlı çirkin addımlarını davam etdirməkdədirlər. Artıq son 1 həftə ərzində ikinci dəfədir ki, şimal qonşumuzdan ölkəmizə qarşı təhdid xarakterli fikirlər səsləndirilir.
Bir neçə gün öncə dövlət dumasının deputatı MixailmDelyagin Azərbaycana qarşı sərsəm bəyanat vermişdir. İndi isə keçmiş deputat və Kremlin propaqanda maşınlarından biri, Dumanın müdafiə komitəsinin keçmiş müavini Aleksandr Şerin açıqlama verərək Azərbaycan və Yaponiyanı "İsgındər" və "Kalibr" rakrtləri ilə təhdid etməyə çalışıb.
Fikrimcə, son bir həftə ərzində Rusiyadakı bəzi dairələr tərəfindən ölkəmizə qarşı səsləndirilən belə açıqlamalar məqsədli şəkildə atılan addımların tərkib hissəsidir.
Ukrayna bataqlığında 5 həftədən çoxdur boğlulan Rusiya ordusunun bundan sonra hələ uzun müddət özünə gələ bilməyəcəyini anlamaq yaxud qəbul etmək istəməyən bəzi Rusiyalı şəxslər Azərbaycana qarşı səsləndirdiyi belə absurd təhdidlərlə yalnızca özünə ziyan gətirə bilər.
Buradan sual çıxır ki, Rusiya öz təhlükəsizliyini qorumaq istəyirsə, deməli digər dövlətlər öz maraqlarından əl çəkməlidirlər? Şerinin açıqlaması həm də onu göstərir ki, II Qarabağ savaşı zamanı İsgəndər raketlərinin Ermənistana veriləməsi ilə bağlı Rusiya tərəfinə ünvanlanan sualın hələdə cavabsız qalması da məhz bundan qaynaqlanır.
İndi maraqlısı ondan ibarətdir ki, Aleksandr Şerinə görə hansı Rusiya rəsmisi açıqlama verəcək və onun fikirlərinin yalnış olduğunu bildirəcək?!
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzi