Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirir

ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirir


ABŞ-ın Maliyyə Nazirliyi Koreya Xalq Demokratik Respublikasına (KXDR) qarşı sanksiyalar siyahısına beş təşkilatı əlavə etməklə onu genişləndirib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin saytında yayılmış məlumatda deyilir.

Amerikanın sanksiyaları xüsusilə KXDR-in Raket Sənayesi Nazirliyinə təsir edəcək. Bəyanatda deyilir ki, hazırda ABŞ maliyyə institutlarının nümayəndələrinə bu agentliklə əməliyyatlar aparmaq qadağandır. Siyahıya KXDR-in dörd ticarət korporasiyası da daxildir.

Qeyd edək ki, KXDR silahlı qüvvələri martın 24-də ölkə lideri Kim Çen Inın birbaşa göstərişi ilə “Xason-17” qitələrarası ballistik raketini buraxıb. Cənubi Koreya Prezidenti Mun Çje İn raketin buraxılışını Pxenyanın raket atışlarına və nüvə sınaqlarına könüllü moratoriumunun pozulması adlandırıb. Yanvarda KXDR-in hakimiyyət orqanları “ABŞ-ın düşmənçilik siyasəti və hərbi təhdidləri” səbəbindən bu cür fəaliyyətlərin müvəqqəti dayandırılmasına yenidən baxmaq niyyətində olduqlarını bəyan ediblər.
Xəbəri paylaş