"ABŞ, Rusiya və Ukrayna arasında müharibənin davam etməsində maraqlı tərəflərdən biri kimi tanınır".
Newscenter.az-ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ekspert Çingiz Şahbazi deyib ki, müharibənin davam etməsi, ABŞ-ın strateji hədəfləri çərçivəsində yer alır və müharibənin gedişatı onu qane edir:
"ABŞ-ın məhz Ukrayna müharibəsinin mümkün qədər uzadılması yönündə planlı siyasəti, onun müttəfiqləri olan bir çox Avropa ölkəsində birmənalı olaraq da qarşılanmır. Çünki Abş-ın Rusiya ilə bağlı uzunmüddətli hədəfləri, Qərb ölkələrinin bəziləri üçün də çox itkilər vəd edir. Əslində isə Rusiya və Ukrayna arasında gedən savaşda, hər kəsin bir gözləntisi mütləq ki, vardır. Necə deyərlər, peşəkarlar bir logistik elm üzərində işlərkən, həvəskarlar isə taktika qurarlar".
O bildirib ki, bizim də Qarabağda hələ tamamlanması nəzərdə tutulan işlərimiz var:
"Məncə bunu tamamlamaq üçün, qurduğumuz taktikalardan birbasa logistikaya keçməyin tam zamanıdır".
Mehman