Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” mövzusunda dəyirmi masa keçirilib

“Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” mövzusunda dəyirmi masa keçirilib


“Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən BP Azərbaycan şirkətinin dəstəyi ilə icra olunan “Keyfiyyətli inklüziv təhsildən istifadə imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində hazırlanan “Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” hesabatının təqdimatı keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə “Regional İnkişaf” İctimai Birliyinin, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və TƏBİB-in nümayəndələri iştirak edib.

Beynəlxalq ekspertlər tərəfindən hazırlanan “Azərbaycanda inklüziv təhsil siyasətinin icmalı” hesabatını inklüziv təhsil üzrə beynəlxalq ekspertlər Piter Qraymz və Marike Stivenz təqdim ediblər.

Hesabatda Azərbaycanda inklüziv təhsilə aidiyyəti olan bir sıra qanunvericilik aktlarının təhlili, nümunəvi qanunvericilik bazasına malik ölkələrin təcrübəsi, həmçinin qanunvericiliyin gücləndirilməsi və inklüziv təhsilin inkişafı üçün icrası zəruri olan tədbirlər planı öz əksini tapıb.

Tədbir müzakirələrlə davam edib.

R.Mehdiyeva
Xəbəri paylaş