ABŞ səfiri Litzenberger və BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Vladimir Qyorqiyev Astara Pedaqoji Kollecində və Lənkəran Dövlət Universitetində kompüter laboratoriyalarının açılışında iştirak ediblər.
Newscenter.az-a BMqT-nin Azərbaycan nümayəndəliyindən verilən xəbərə görə, bu laboratoriyalar BMqT-nin Azərbaycan nümayəndəliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyə dəstəyi ilə həyatat keçirdiyi “Dayanıqlıq naminə ictimai fəaliyyət” layihəsi çərçivəsində yerli qurumlar və ali təhsil müəssisələrinin, region gənclərinin təhsil və peşə hazırlığı sahələrindəki fəaliyyətlərini dəstəkləmək məqsədilə yaradılmışdır.
Qeyd edək ki, gənclərin və qadınların iqtisadi dayanıqlığının gücləndirilməsinə yönəlmiş üç illik layihə çərçivəsində USAID və BMqT-nin Azərbaycan nümayəndəliyi tələbələrə informasiya texnologiyaları, kompüter elmləri və dillər üzrə təhsil almaq üçün daha yaxşı imkanlar yaratmaq məqsədilə indiyədək Azərbaycandakı təhsil müəssisələrində beş USAID kompüter laboratoriyası yaradıb.
Sevinc