Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan hakimiyyəti anlayır ki, artıq Rusiyadan onlara heç bir fayda yoxdur

Ermənistan hakimiyyəti anlayır ki, artıq Rusiyadan onlara heç bir fayda yoxdur


"Rusiyanın Ukraynaya qarşı işğalçı siyasəti və Ukraynanın hər kəsi təəccübləndirən dirənişi, həqiqi mənada dünyada gedən siyasi və iqtisadi sferada böyük hərəkətliliklərə və dəyişikliklərə səbəb olub. Bu təsir həmçinin Azərbaycan və Ermənistan arasında da hiss edilməkdədir. İki ölkə arasında münasibətlərin normallaşması üçün, hazırlıq işlərinə başlanıb".

Newscenter.az xəbər verir ki, bu fikirləri ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, Ermənistan hakimiyyəti anlayır ki, artıq Rusiyadan onlara heç bir fayda yoxdur:

"Yaxın vaxtlarda Cənubi Qafqazda böyük enerji lahiyələrinin həyata keçirilməsi prosesində iştirak etmək üçün, Azərbaycanla normal qonşuluq münasibətlərinin qurulması lazımdır. Bildiyimiz kimi bu günlərdə Ermənistan Təhlükəsizlik Şurasının iclasında, Qarabağdakı vəziyyət müzakirə olunub. Azərbaycanla sülh danışıqlarına başlanması təklifi edilib. Ermənistan rəhbərliyi basa düşür ki, Rusiya bundan sonra nəinki Qarabağda, heç Cənubi Qafqazda belə öz təsirini saxlaya bilən deyil. Bunu anlayan Ermənistan hakimiyyəti, qonşuluq münasibətlərini sabitləşdirməkdən başqa yol olmadığını da görür. Məhz bu səbəbdən, Ermənistan sülh danışıqlarına can atır və Azərbaycanın təkliflərini məqbul hesab edir".

Mehman
Xəbəri paylaş