Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Eynulla Fətullayev saytlarını BAĞLADI

Eynulla Fətullayev saytlarını BAĞLADI


Haqqin.az saytının redaksiyası nəşrin azərbaycandilli və ingilisdilli formatlarının fəaliyyətini dayandırmaq qərarına gəlib. Xatırladaq ki, 2013-cü ildən saytın rusdilli versiyası ilə yanaşı, azərbaycandilli və ingilisdilli versiyaları – “Virtual Azərbaycan” və “Azeri Daily” fəaliyyət göstərirdi.

Bu addımı şərh edən haqqin.az saytının rəhbəri Eynulla Fətullayev qeyd edib ki, bu, saytın regional postsovet nəşrinə çevrilməsi ilə bağlı strateji qərarla bağlıdır: “Tədricən regional gündəm milli gündəliyi əvəz edir. Biz regionumuzda çox böyük dəyişikliklər ərəfəsindəyik. Bundan əlavə, regionda gedən dinamik proseslərin işıqlandırılması oxucuların daha çox marağına səbəb olur. Eyni zamanda, xüsusilə qeyd etməliyəm ki, haqqin.az-ın oxucu kütləsinin təxminən yarısını xaricdəki internet istifadəçiləri təşkil edir.

Və biz postsovet məkanında informasiya təsirimizi və mövcudluğumuzu gücləndirmək niyyətindəyik. Yeni strategiyaya əsaslanaraq, biz öz potensialımızı və maliyyə resurslarımızı haqqin.az saytının rusdilli seqmentinin gücləndirilməsinə və inkişafına yönəltmək qərarına gəlmişik. Qənaət olan vəsaitlər digər ölkələrdə yeni müəlliflər və əməkdaşlarının cəlb etməsi üçün istifadə olunacaq. Yeni veb-sayt konsepsiyası üzərində işlərə başlanılıb. Azərbaycan bazarını tədricən tərk edəcəyik”.
Xəbəri paylaş