Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Korlanan meyvənin ucuzlaşmasına görə sığorta ödənişi ediləcək

Korlanan meyvənin ucuzlaşmasına görə sığorta ödənişi ediləcək


Ölkədə becərilən əksər meyvələr aqrar sığorta olunan bitkilərin siyahısına daxil edilib. Hazırda portağal, limon, naringi, üzüm, alça, albalı, alma, armud, çiyələk, ərik, gavalı, gilas, heyva, xurma, nar, şaftalı bağlarını Aqrar Sığorta Fondunda 50%-lik dövlət dəstəyi ilə sığorta etmək mümkündür.

Newscenter.az xəbər verir ki, aqrar sığorta meyvə bağlarını dolu, şaxtavurma (donvurma), sel və subasma, yanğın, qasırğa, fırtına, leysan, ildırım, normadan artıq yağan qar yağıntıları, üçüncü şəxslərin hərəkətləri və sair risklərdən sığortalayır. Sözügedən hallar baş verdikdə sığortalanmış bağlara dəyən zərərə görə Fond tərəfindən kompensasiya edilir.

Bununla yanaşı, aqrar sığorta vasitəsilə meyvə bağlarını dolu vurma riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən, yəni qiymətinin ucuzlaşmasından da sığortalamaq mümkündür.

Dolu vurma riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi – dolu vurması nəticəsində meyvələrin görünüş və keyfiyyətcə korlanması deməkdir.Don vurması nəticəsində meyvə, ağacın budağında qalsa da, onun qabığı zədələnir, çapılır, meyvənin üzərində ləkələr və qaralmalar yaranır.

Bu hal baş verdikdə, meyvə bağından əvvəlcədən planlaşdırılan miqdarda məhsul götürülsə də, onun keyfiyyəti aşağı olduğuna görə, fermer məhsulun satışında problemlə üzləşir və məhsulun satış qiyməti kəskin azalır.

Meyvə bağlarını və fermerləri belə risklərdən qorumaq məqsədilə - dolu vurma riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisi riskindən sığorta tətbiq edilib. Bu sığortadan istifadə edən fermerlər - məhsullarının qiymətinin azalması nəticəsində onlara dəyən zərərə görə sığorta ödənişi alacaqlar.

Qeyd edək ki, dolu vurma riski nəticəsində məhsullarda yaranan keyfiyyət itkisindən sığorta - ayrıca sığorta məhsuludur və onu əlavə ödəniş etməklə almaq mümkündür. Bu məhsul üzrə azadolma məbləği 10% təşkil etdiyinə görə, fermerlər məhsulun ucuzlaşması nəticəsində onlara dəyən zərərin 90%-i həcmində ödəniş ala bilərlər.

Mehman
Xəbəri paylaş