Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ölkəyə qeyri-qanuni olaraq dron keçirilməsinin qarşısı alınıb

Ölkəyə qeyri-qanuni olaraq dron keçirilməsinin qarşısı alınıb


Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında üç fakt üzrə müxtəlif məhsulların qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.

Newscenter.az-a DGK-dan bildirilib ki, Rusiya Federasiyası istiqamətindən “Samur” gömrük postunun idxal gömrük nəzarət xəttinə daxil olan, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri 3 ədəd “DAF” markalı yük nəqliyyat vasitələri saxlanılıb, avtomobillərin sürücüləri şifahi sorğu-sual ediliblər.

Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsələr də, yoxlama zamanı “DAF” markalı avtomobillərin gizli saxlanc yerlərində gömruk nəzarətindən gizlədilən və bəyan edilməyən 2 ədəd qutusu və aksesuarları ilə birlikdə “iPhone 13 Pro Sierra Blue 128 GB” markalı mobil telefon, həmçinin müxtəlif adlarda olan texniki məhsullar, video və foto çəkiliş avadanlıqları -106 ədəd batareya, 50 ədəd plastmas atlıq, 24 ədəd tutacaq, 11 ədəd pər, 6 ədəd “USB” kabel, 5 ədəd qidalandırıcı başlıq, 3 ədəd dron, 2 ədəd dron idarə edən pult, 2 ədəd fotoaparat üçün ayaqlıq, video çəkilişləri üçün nəzərdə tutulan 2 ədəd işıqlandırcı, 1 ədəd səs tənzimləyici aparat və 5 ədəd spirtli içki, 2000 ədəd müxtəlif markalı siqaretlər, 400 ədəd boş papiroslar aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Sevinc
Xəbəri paylaş