Oğuz rayonunda qətl hadisəsi baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayon sakini 1976-cı il təvəllüdlü Aqil Qurban oğlu Şirinov mübahisə zamanı bıçaqlanaraq öldürülüb.
Onu qətlə yetirməkdə qardaşı, 1973-cü il təvəllüdlü Namiq Qurban oğlu Şirinov şübhəli bilinir. N.Şirinov polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.