Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti Özbəkistana rəsmi səfəri çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyində olub.
Newscenter.az Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, spiker Sahibə Qafarova və deputatlarımız səfirlikdə Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstəsi düzüblər.
Sonra ölkəmizin Özbəkistandakı səfiri Hüseyn Quliyev nümayəndə heyətinin üzvlərinə burada səfirliyin əməkdaşları və fəaliyyəti üçün yaradılmış şərait haqqında məlumat verib.
Arzu