Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev aprelin 3-də Gürcüstana səfər edəcək.
“Report”un yerli bürosu xəbər verir ki, ikigünlük səfər çərçivəsində nazir Gürcüstanda bir sıra ikitərəfli görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan və Gürcüstan arasında rabitə, nəqliyyat və infrastruktur sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.