Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukrayna ordusu Kiyev vilayətini Rusiya hərbçilərindən azad edib

Ukrayna ordusu Kiyev vilayətini Rusiya hərbçilərindən azad edib


Ukrayna hərbçiləri Kiyev vilayətinin ərazisini tamamilə Rusiya işğalçılarından azad ediblər. Ukrayna Silahlı Qüvvələri İrpin, Buça, Qostomel və digər yaşayış məntəqələrini nəzarətə götürüb.

Bu barədə Newscenter.az Ukrayna müdafiə nazirinin müavini Anna Malyara istinadən xəbər verir.

"İrpen, Buça, Qostomel və bütün Kiyev bölgəsi işğalçıdan azad edilib", - Malyar feysbuk səhifəsində bildirib.

Qeyd edilir ki, Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Buçada təmizləmə əməliyyatına başlayıblar. Təhlükəsizlik qüvvələri və partlayıcı maddələr üzrə ekspertlər Rusiya hərbçilərinin qoyub getdikləri bütün “sürprizləri” tapmaq üçün hər həyəti yoxlayacaqlar.

Anar TAGIYEV
Xəbəri paylaş