Prezident Vladimir Zelenski deyib ki, Ukraynanı qarşıda çətin döyüşlər gözləyir. Barış gələndə hamı biləcək.
Bu barədə Newscenter.az Zelenskinin videomüraciətinə istinadən xəbər verir.
"Biz daha fəal müdafiəyə hazırlaşırıq. Qarşıda daha çətin döyüşlər var. Hamımız qələbə istəyirik, lakin bu baş verəndə hər birimiz görəcəyik, hamı hiss edəcək ki, sülh gəlir", - Ukrayna lideri deyib.
O qeyd edib ki, işğalçıların çıxmasından sonra - tam fəlakət və çoxlu təhlükələr qalır.
"İrəliləyirik. Ehtiyatla hərəkət edirik. Bu əraziyə qayıdan hər kəs də çox diqqətli olmalıdır! Hələ əvvəlki kimi normal həyata qayıtmaq mümkün deyil. Hətta döyüşlərdən sonra qayıtdığımız o ərazilərdə də. Biz hələ də davam edirik, gözləmək lazımdır. Gözləyin, nə vaxt ki, torpaqlarımız minalardan təmizlənəcək. Biz sizi əmin edə biləcəyimizə qədər gözləyin”, - Zelenski deyib.
Dövlət başçısı qeyd edib ki Ukraynanın şərqində vəziyyət ağır olaraq qalır.
"Rusiya hərbçiləri Donbas, Xarkov istiqamətində qovulur. Onlar yeni güclü zərbələrə hazırlaşırlar. Biz daha fəal müdafiəyə hazırlaşırıq. Bütün imkanlardan - həm daxili, həm də xarici imkanlardan istifadə edirik", - o əlavə edib.
Anar TAGIYEV