Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır

Avropa Rusiyaya qarşı yeni sanksiyalar hazırlayır


Avropa İttifaqı səlahiyyətliləri Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır.

“Report” xəbər verir ki, bunu Avropa Şurasının prezidenti Şarl Mişel deyib.

“Aİ-nin növbəti sanksiyaları və Ukraynaya dəstəyi yoldadır”, - o, tviterdə yazıb.

Qeyd edək ki, fevralın 24-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Qərb dövlətləri rəsmi Moskvaya qarşı böyük sanksiyalar tətbiq ediblər. Hətta dünyanın tanınmış şirkətləri Rusiya bazarını tərk edib və ya investisiya qoymaqdan imtina ediblər.
Xəbəri paylaş