Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda partlayış baş verən ərazidə axtarış-xilasetmə əməliyyatı başa çatıb

Bakıda partlayış baş verən ərazidə axtarış-xilasetmə əməliyyatı başa çatıb


Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.

Bu barədə Newscenter.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Hadisə yerində həyata keçirilən kəşfiyyat tədbirləri nəticəsində dağıntılar altında aşkar olunmuş 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarış-xilasetmə əməliyyatına FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim keçmiş axtarış itləri də cəlb olunub.
Ümumilikdə, ilkin məlumata əsasən, partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər xəsarət alıb.
Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır.
Xəbəri paylaş