Bu gün saat 03:00 radələrində gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. Partlayışda 1 nəfər həlak olub, 37 nəfər yaralanıb.
Modern.az xəbər verir ki, yaralılardan biri tanınmış bloqer Aysel Şükürovadır.
Onun hazırda xəstəxanada olduğu bildirilir.
Qeyd edək ki, Aysel Şükürova Bakı Lift-Təmir İstehsalat Birliyinin keçmiş rəisi Qüdrət Şükürovun qızıdır.
Baş Prokurorluğun məlumatına görə, partlayış nəticəsində ölənlərin sayı 1 nəfərdir. O, gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundovadır. Hadisə zamanı 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, onlardan dördünün vəziyyəti çox ağır qiymətləndirilir. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.