Pakistanın Nazirlər Kabineti buraxılıb, lakin baş nazir İmran Xan vəzifəsini davam etdirəcək.
“Report” xəbər verir ki, bu barədə ölkənin dövlət informasiya və yayım naziri Fərrux Həbib öz tviter səhifəsində məlumat verib.
"Baş nazir konstitusiyanın 224-cü maddəsinə uyğun olaraq öz vəzifələrini yerinə yetirməyə davam edəcək, Nazirlər Kabineti buraxılıb", - nazir yazıb.